Qəbələdə qazdan istifadəyə görə borc yazılıb, sayğacda isə başqa rəqəm qeyd olunub.
Milli.Az xəbər verir ki, Qəbələ şəhərində yaşayan Tofiq İbrahimova 2024-cü ilin noyabr ayında qaz istifadəsinə görə 495 manat 85 qəpik borc yazılıb.
Abonent deyir ki, sayğacın son göstəricisi 7991-dir və artıq bir il üç aydır ki qazdan istifadə etsə də, hələ də bu rəqəmə çatmayıb.
Tofiq İbrahimov deyir ki, qaz idarəsi ilə əlaqə saxlayıb, borcun silinəcəyi deyilsə də, indiyədək problem həll olunmayıb. Ona hesablanan məbləğ iki qat artıq ödənişə səbəb olub və 200 manatadək faiz də əlavə olunub.
Məsələ ilə bağlı Azəriqaz İB-dən bildirilib ki, şikayət araşdırılır və hazırda göstəricilərlə hesablamalar yoxlanılır.
Daha ətraflı "Xəzər" TV-nin videomaterialında:
Milli.Az