"Sən Orxan adıyla uşaq evinə düşdün, amma Doğuş olaraq yenidən doğuldun. Səninlə qürur duyuruq".
Milli.Az xəbər verir ki, bu sözləri aparıcı Xoşqədəm Hidayətqızı həyat yoldaşı Doğuşla bağlı paylaşımında yazıb. O, hazırda "Survivor" yarışmasında olan həyat yoldaşına uğur arzulayıb:
"Uşaq evlərində, küçələrdə tək və tənha mübarizə apardın. Bəzi analı-atalı uşaqlardan fərqli olaraq, taleyini öz əllərinlə yazdın, özünü yaratdın, adını dünyaya tanıtdın. Kimsəsiz bir uşağın uğur dolu hekayəsini tarixə çevirdin. Yüzlərlə hit mahnınla milyonların qəlbini fəth etdin. Bir çoxlarının bacarmadığını bacardın.
Sən mərhəmətli, vicdanlı və böyük qəlbli bir insansan. Biz - sənin ailən səni çox sevirik. Bəli, sənin üçün darıxırıq, səninlə birlikdə həyəcanlanır, bəzən əsəbləşirik, amma bir şeyi heç vaxt unutma: Biz hər zaman sənin yanındayıq".
Milli.Az