Azərbaycanda toy yasa döndü

31 Yanvar 2026 20:06

Sumqayıt şəhərində toy mərasimi zamanı ölüm hadisəsi baş verib.

Milli.Az "Teleqraf"a istinadla xəbər verir ki, hadisə şəhər ərazisində yerləşən "Alinea" restoranında qeydə alınıb.

Toy məclisində iştirak edən 49 yaşlı Baba Məmmədov rəqs edərkən qəfil halı pisləşib. Ona dərhal ilkin tibbi yardım göstərilsə də, kişinin həyatını xilas etmək mümkün olmayıb. O, hadisə yerində vəfat edib.

Məlumata görə, əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar. Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.

Milli.Az