Gəncədə zəncirvari qəza olub - FOTO

31 Yanvar 2026 19:51

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az-ın məlumatına görə, hadisə şəhərin Nəriman Nərimanov prospektində qeydə alınıb. "Hyundai "markalı evakuator, "VAZ 2106" və "Changan "markalı minik maşınları toqquşub. Qəza zamanı xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib.

Hadisə yerinə DYP əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır. (APA)

Milli.Az