Rasim Balayevin səhhəti açıqlandı

31 Yanvar 2026 19:31

Xalq artisti, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rasim Balayev xəstəxanadan evə buraxılıb.

Milli.Az xəbər verir ki, bunu Teleqraf-a açıqlamasında Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi, kinorejissor Əli İsa Cabbarov deyib.

O, qeyd edib ki, hazırda xalq artistinin müalicəsi ev şəraitində davam edir və səhhəti günü-gündən yaxşılaşır.

"Düşünürük ki, Rasim Balarev fevralın ikinci yarısında işə çıxacaq və fəaliyyətinə davam edəcək",- deyə kinorejissor əlavə edib.

Milli.Az