“Kayrat”dan “Qarabağ” paylaşımı - VİDEO

31 Yanvar 2026 15:09

Qazaxıstan "Kayrat"ı klubu "TikTok" sosial şəbəkə hesabında "Qarabağ"la bağlı maraqlı paylaşım edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, qitənin ən nüfuzlu turnirində Liqa mərhələsində mübarizəni dayandıran komanda "Qarabağ"a uğurlar arzu edib. 

Cizgi filmi obrazları ilə hazırlanan videoda isə bu sözlər yer alıb: "Yaxşı. Mənim zamanım bitdi. Artıq yoluna mənsiz davam etməlisən". 

Qeyd edək ki, "Kayrat" ÇL-in liqa mərhələsini 36-cı yerdə tamamlayıb. 

Milli.Az