"Məktəb yoldaşlarım Ceyhun Bayramov, Fərid Qayıbov və Səbinə Əliyeva olub"

31 Yanvar 2026 15:51

ATV-nin efirində maraqlı açıqlama verən tanınmış aparıcı Hacı Nuran Bakıdakı 8 nömrəli məktəbdə təhsil aldığını bildirib.

Milli.Az bildirir ki, aparıcı həmin məktəbdə oxuduğu illərdə hazırda ölkədə tanınmış siyasətçilərlə birgə təhsil aldığını deyib:

"Xarici İşlər naziri Ceyhun Bayramov və Gənclər və İdman naziri Fərid Qayıbov mənim məktəb yoldaşlarım olub. Ombudsman Səbinə Əliyevanı isə mən pionerə qəbul etmişəm", - deyə, Hacı Nuran vurğulayıb.

O həmçinin məktəbi fərqlənmə atestatı ilə bitirdiyini də diqqətə çatdırıb. /Musavat.com

Milli.Az