Kubada da fövqəladə vəziyyət elan edildi

31 Yanvar 2026 14:03

Kubada beynəlxalq fövqəladə vəziyyət elan edilib.

Milli.Az xəbər verir ki, bu barədə məlumatı ölkənin xarici işlər naziri Bruno Rodriges "X" hesabında açıqlayıb. 

Onun sözlərinə görə, ABŞ-nin yaratdığı təhlükə səbəbindən belə bir qərar verilib:

"Kuba xalqı ABŞ hökuməti ilə münasibətlərdəki vəziyyətin qeyri-adi və fövqəladə bir təhlükə yaratdığı qənaətinə gəlir".

Xatırladaq ki, bundan əvvəl Ağ Ev ABŞ Prezidenti Donald Trampın Kubadan gələn milli təhlükəsizlik təhdidi səbəbindən ölkədə fövqəladə vəziyyət elan etdiyini bəyan edib.

Milli.Az