ABŞ-ın Luiziana ştatında genişmiqyaslı qaçış hadisəsi baş verib. Yerli həbsxanadan ağır cinayətlərə görə cəza çəkən səkkiz məhkum qaçıb.
Milli.Az xəbər verir ki, bu barədə Fox 8 telekanalı məlumat yayıb.
Bildirilir ki, qaçanlardan üçü saxlanılaraq yenidən həbsxanaya qaytarılıb. 19-25 yaş aralığında olan digər beş nəfər isə hələ də azadlıqda qalır.
Ştatın baş prokuroru Liz Merril hadisələrin gedişatını şəxsən izlədiyini və şeriflə daim əlaqədə işlədiyini bildirib.
Ayxan
Milli.Az