“Qalatasaray”la matçda idi, evi soyuldu - FOTO

31 Yanvar 2026 11:45

"Love Island"ın aparıcısı Maya Jama və "Manchester City"nin futbolçusu Ruben Diasın Çeşirdə yerləşən evləri soyulub.

Milli.Az xəbər verir ki, hadisə hər iki məşhurun evdə olmadığı vaxt Jama Cənubi Afrikada çəkilişdə, Dias isə Çempionlar Liqası çərçivəsində "Qalatasaray"la oyunda olarkən baş verib.

Çeşir Polisi 28 yanvar axşamı Alderli Edge ərazisində evə giriş edildiyini və bir neçə əşyanın oğurlandığını təsdiqləyib.

Araşdırmalar davam edir.

Fidan
Milli.Az