Qadın ərindən və onun məşuqəsindən üzr istəməyə məcbur edildi

31 Yanvar 2026 13:07

Çində bir qadın sosial mediada ərini ona xəyanət etməkdə günahlandırdıqdan sonra məhkəmə qərarı ilə ondan və ərinin münasibətdə olduğu qadından üzr istəməyə məcbur qalıb.

Milli.Az xəbər verir ki, hadisə barədə "South China Morning Post" nəşri xəbər yayıb. Bildirilir ki, qadın paylaşımında təkcə xəyanət iddiasını səsləndirməklə kifayətlənməyib, eyni zamanda ərinin şəxsi həyatı ilə bağlı bir sıra məlumatları, o cümlədən harada işlədiyini də açıqlayıb.

Bunun ardınca kişi məhkəməyə müraciət edib və məhkəmə onun iddiasını əsaslı hesab edib. Qərara əsasən, qadın 15 gün ərzində internet üzərindən paylaşım edərək həm ərindən, həm də onun məşuqəsindən ictimai şəkildə üzr istəməlidir. Məhkəmə bunu onların nüfuzuna dəyən zərərin aradan qaldırılması üçün vacib sayıb.

Hadisə cəmiyyətdə geniş rezonans doğurub və yaranan qalmaqaldan sonra kişinin çalışdığı şirkət onu müvəqqəti olaraq vəzifəsindən uzaqlaşdırıb.

Asya
Milli.Az