"Reynmen" və "Çakal" da saxlanıldı - FOTO

31 Yanvar 2026 10:10

Türkiyəli məşhurları hədəf alan narkotik əməliyyatı davam edir.

Milli.Az xəbər verir ki, İstanbul Anadolu Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində jandarma qrupları bu səhər əməliyyat həyata keçirib.

Əməliyyat çərçivəsində Reynmen və Emirhan Çakal kimi tanınan Yusuf Aktaş da daxil olmaqla 26 şübhəli saxlanılıb.

Jandarma qrupları həbs prosesini davam etdirir.

Fidan
Milli.Az