ABŞ Ədliyyə Nazirliyi onlarla azyaşlı qızın istismar edildiyi şəbəkə ilə bağlı ittiham olunan milyarder Ceffri Epşteynlə bağlı genişmiqyaslı arxivləri ictimaiyyətə açıqlayıb.
Milli.Az xəbər verir ki, yayımlanan e-poçtlarda Maskın Epşteyn adasında təşkil etdiyi tədbirlər barədə suallar verdiyi, hətta "ən vəhşi əyləncə"nin hansı gün keçiriləcəyini soruşduğu qeyd olunur. Yazışmalarda Epşteynin Maskı şəxsi vertolyotla adaya aparmağı təklif etdiyi, Maskın isə həmin dövrdə partnyoru, britaniyalı aktrisa Talulah Rayli ilə birlikdə səfər planlaşdırdığını bildirdiyi görünür.

Bununla yanaşı, sənədlərdə Epşteynin Mask tərəfindən dəstəklənən və sonradan Tesla tərəfindən satın alınan SolarCity şirkətinin xidmətlərindən istifadə etmək istədiyi də yer alır. Epşteyn günəş enerjisi qurğularının onun Nyu-Meksikodakı rançosunda və ya şəxsi adasında quraşdırılması ilə bağlı suallar ünvanlayıb.
İlon Mask isə illərdir Epşteynlə əlaqələrini minimum səviyyədə göstərir və onun adasına heç vaxt getmədiyini iddia edir.
Qeyd edək ki, Mask ötən il Donald Trampla yaşadığı mübahisədən sonra Trampı Epşteyn sənədlərini açıqlamamaqda ittiham etmişdi.
.jpg)
Fidan
Milli.Az