"Mika" saxlanıldı - FOTO

31 Yanvar 2026 09:41

Sosial media fenomeni Mika Raun Can İstanbulda baş verən əməliyyat nəticəsində saxlanılıb.

Milli.Az xəbər verir ki, Raun "ictimaiyyət arasında nifrət və düşmənçilik yaratmaq" və "narkotik və ya stimullaşdırıcı maddələrdən istifadə etmək" ittihamları ilə üzləşir. İstanbul Baş Prokurorluğunun apardığı istintaq çərçivəsində Mika Raun Canın adı mütəşəkkil cinayətkarlıqla mübarizə şöbəsi tərəfindən dindirilən şəxslər arasında çəkilir.

Qeyd edək ki, Raun sosial mediada böyük populyarlıq qazanan bir şəxsdir və xüsusilə TikTok-da yayımladığı videolarla geniş izləyici kütləsi toplamışdır. Eyni zamanda fenomenin keçirdiyi kosmetik əməliyyatlar və cinsiyyət dəyişikliyi prosesi uzun müddətdir ki, sosial mediada müzakirə olunub.

Fidan
Milli.Az