2-ci "Pərviz bülbülə" peyda oldu - VİDEO

31 Yanvar 2026 16:22

Meyxanaçı Ağamirzə sosial şəbəkə hesabında maraqlı paylaşımı ilə diqqət çəkib.

Milli.Az xəbər verir ki, o, ikinci "Pərviz Bülbülə" kimi təqdim etdiyi gənc oğlanla bağlı videonu yayımlayıb.

Paylaşılan görüntülərdə gəncin tanınmış meyxanaçı Pərviz Bülbüləyə bənzəməsi izləyicilərin diqqətindən yayınmayıb. Qısa zamanda geniş yayılan video sosial şəbəkə istifadəçiləri arasında böyük maraq doğurub və müzakirələrə səbəb olub.

Şərhlərdə bəziləri onu "ikinci Pərviz Bülbülə" adlandırsa da, digərləri isə çox bənzəmədiyini bildiriblər. Görüntü sosial mediada ən çox danışılan paylaşımlar sırasında yer alır.

Musa
Milli.Az