Müğənni Elnarə Xəlilova həmkarı Xatirə İslamın ona ünvanladığı suala əsəbiləşib.
Milli.Az xəbər verir ki, Xatirə "Afaqla 10lar" proqramında Elnarəyə sual ünvanlayıb.
Onun "Eliş, məncə təzə mahnılarla səhnəyə gəl" sözlərinə Elnarə sərt reaksiya verib.
"Eliş ey... Xatirənin mənim repertuarımdan xəbəri yoxdur. Yutub kanalıma abunə ol. 7 ildir hər ay bir mahnı çıxarmışam. 84 mahnı edir. Əminəm ki, bunun yarısı qədər mahnı çıxartmamısan" deyə, o, həmkarına cavab verib. (Axşam.az)
Milli.Az