Türkiyə şou-biznesinin tanınmış simalarından olan Fatih Ürək uzun müddət davam edən müalicədən sonra dünyasını dəyişib.
Milli.Az xəbər verir ki, sənətçi 15 oktyabr 2025-ci il tarixində evində qəfil ürək tutması keçirmişdi. Həmin tarixdən etibarən xəstəxananın reanimasiya şöbəsində süni tənəffüs aparatına bağlı şəkildə müalicə alan 59 yaşlı müğənninin həyatını xilas etmək mümkün olmayıb.
Gənc yaşlarından musiqi ilə məşğul olmağa başlayan Fatih Ürək, xüsusilə 1990-cı illərdə çıxardığı "Yaktı Yaktı" və "Sen İki Gözümsün" albomları ilə məşhurlaşıb.
"Hadi Hadi", "Hayde" və "Sus" kimi hitləri ilə geniş dinləyici kütləsi qazanıb.
Lalə Qüdrətova
Milli.Az