"Konyaspor" Futbol Akademiyasının 19 yaşınadək (U19) futbolçulardan ibarət komandanı "Beşiktaş"la səfər oyunu üçün İstanbula aparan avtobusun qəzaya uğrayıb.
Milli.Az xəbər verir ki, qəza Kurna Anadolu magistral yolunun Şimali Mərmərə çıxışında qeydə alınıb. Avtobus eyni istiqamətdə hərəkət edən yük avtomobilinə arxadan çırpılıb.
İstanbul Valiliyinin verdiyi rəsmi məlumata görə, saat 14:55 radələrində baş verən qəzada cəmi 7 nəfər - avtobus sürücüsü, yük maşını sürücüsü və 5 futbolçu yaralanıb. Yaralılar dərhal ətrafdakı xəstəxanalara çatdırılıb. Onların həyati təhlükəsinin olmadığı bildirilir.
Lalə Qüdrətova
Milli.Az