Sayt üzərindən kredit ödənişləri zamanı "Yelo Bank"ın müştərilərindən komissiya tutulacaq.
Milli.Az iqtisadiyyat.az-a istinadən xəbər verir ki, qərar fevralın 1-dən etibarən qüvvəyə minəcək.
Belə ki, sayt üzərindən kredit ödənişləri zamanı 0,5 % komissiya tətbiq ediləcək. Həmçinin ödəniş terminallarında komissiya tətbiqi də davam edəcək.
Yalnız bankın ödəniş terminalları və kassalarında komissiyasız ödəniş etmək mümkün olacaq.
Milli.Az