Hacıqabul və Şamaxı rayonları ərazisində yerləşən Haramı dağında palçıq vulkanı püskürüb.
Milli.Az APA-ya istinadən bildirir ki, bir neçə saniyə püskürən palçıq vulkanı hündürlüyə qalxan alovla müşaiyət edilib. Vulkan püskürməsi Bakı-Qazax magistralından Hacıqabul ərazisində yerləşən bir neçə kənddən müşahidə edilib.
Milli.Az