Xalq artisti Röya Ayxan aktyor Kamran Ağabalayevə verdiyi müsahibə zamanı diqqətçəkən açıqlama ilə gündəmə gəlib.
Milli.Az-ın məlumatına görə, sənətçi bildirib ki, davranışları ilə bağlı ona ən çox edilən irad söyüş məsələsi olub:
"Mənə deyirlər ki, nə edirsənsə et, ancaq söyüş söymə. Ən çox eşitdiyim söz budur. Valideynlərim də bunu hər zaman mənə irad tutublar".
Pop ulduzun bu səmimi etirafı sosial şəbəkələrdə və tamaşaçılar arasında maraqla qarşılanıb.
Musa
Milli.Az