Qurban Qurbanov 21 il sonra yenidən həmin stadiona gedir - VİDEO

30 Yanvar 2026 17:15

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov 21 il sonra yenidən "St James' Park" stadionuna yollanacaq.

Milli.az qafqazinfo-ya istinadla xəbər verir ki, onun komandası bu arenada Çempionlar Liqasının pley-off mərhələsində "Nyukasl"la qarşılaşacaq. 

Ağdam təmsilçisinin baş məşqçisi 21 il öncə isə bu stadiona Azərbaycan yığmasının heyətində gedib. Belə ki, Q.Qurbanov millimizin İngiltərə millisinə qarşı keçirdiyi matçda start heyətində meydana çıxıb. O, həmin matçda qapı dirəyinə vurduğu zərbə ilə diqqət çəkib.

Sözügedən qarşılaşma isə ingilislərin 2:0 hesablı qələbəsi ilə yekunlaşmışdı. 

Milli.Az