"Doğuş, qurban olum, geri qayıt"

30 Yanvar 2026 17:29

Xəbər verdiyimiz kimi, müğənni Doğuş 14 ildən sonra yenidən "Survivor" yarışmasına qatılıb.

Milli.az-ın məlumatına görə, ifaçının həyat yoldaşı, aparıcı Xoşqədəm Hidayətqızı "RTV"yə müsahibəsində buna razılıq verməsindən peşman olduğunu açıqlayıb. O, proqramın əkizləri Arda və Arına psixoloji olaraq təsir etdiyini vurğulayıb:

"Sona qədər getsə də, artıq deyirəm ki, qurban olum, geri qayıt. Çünki uşaqlar çox darıxır, ağlayırlar. Doğuş hər dəfə oyunda yıxılanda və ya uduzanda uşaqlar ağlayırlar. Mən də başlayıram onları sakitləşdirməyə. Bu, onların dərsinə və gündəlik həyatına ciddi təsir edir. Mən bilsəydim ki, bu belə olacaq, getməməsi üçün ona yalvarardım".

Milli.Az