"Muğam" müsabiqəsinin iştirakçısı Taleh "Rəngarəng" verilişində kövrək anlar yaşayıb.
Milli.Az xəbər verir ki, veriliş zamanı dünyasını dəyişən valideynlərindən söz açan xanəndə hisslərinə hakim ola bilməyərək hönkür-hönkür ağlayıb. O, ata və anasının ağır əziyyətlər içində vəfat etdiyini bildirərək yaşadığı acını bölüşüb.
Onun səmimi və ağrılı etirafları studiyada olan qonaqları, eləcə də ekran qarşısındakı izləyiciləri duyğulandırıb.
Sözügedən kövrək məqamları təqdim etdiyimiz videomaterialda izləyə bilərsiniz.
Musa
Milli.Az