Ədəbiyyat və tarix dərslikləri birləşdiriləcək? - AÇIQLAMA

30 Yanvar 2026 15:55

Ədəbiyyat və tarix dərslikləri birləşdirilə bilməz.

Milli.Az xəbər verir ki, bunu mədəniyyət nazirinin müşaviri Cəsarət Valehov deyib.

Onun sözlərinə görə, nazirlikdə hansısa dərslərin ləğvi, dərsliklərin birləşdirilməsi kimi bir məlumat yoxdur.

Qeyd edək ki, mediada mədəniyyət konsepsiyası çərçivəsində mədəniyyət fənni dərsliyinin hazırlanacağı, bəzi dərslərin ləğv edilib, dərsliklərin birləşdirilməsi haqda xəbərlər yayılıb.

Mina Mikayılova
Milli.Az