"Milli-mənəvi dəyərlər" anlayışının tərifi, açıqlaması veriləcək"

30 Yanvar 2026 14:20

Yeni mədəniyyət konsepsiyası çərçivəsində milli-mənəvi dəyərlərin tərifi və siyahısı hazırlanacaq.  

Milli.Az xəbər verir ki, bunu Konsepsiyanın işçi qrupunun üzvü Nazlı Əhmədova "Azərbaycan mədəniyyəti - 2040" Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyasının təqdimatı mövzusunda bilgiləndirmə sessiyası zamanı deyib. 

Onun sözlərinə görə, anlayışlara tərifi qanunlar verə bilər:

"Hazırda həmin anlayış açıqdır. Bu yeni mədəniyyət konsepsiyası fonunda aparılan işlərdə "milli-mənəvi dəyərlər" anlayışının tərifi, açıqlaması veriləcək".

Mina Mikayılova
Milli.Az