Yazıçı öz kitabını küçədə, meydanda sata bilməz - Nizami Cəfərov

30 Yanvar 2026 13:16

"Yazıçı öz kitabını küçədə sata bilməz, yazıçı kitabını meydanda sata bilməz".

Milli.Az xəbər verir ki, bunu akademik Nizami Cəfərov media nümayəndələri üçün "Azərbaycan mədəniyyəti - 2040" Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyasının təqdimatı mövzusunda bilgiləndirmə sessiyası zamanı deyib. 

"Bu hal başımıza bir vaxtlar gəlib. Məhəmməd Hadi kitabının səhifələrini satırdı. Bizim o dövrə yenidən qayıtmaq fikrimiz yoxdur, çünki o dövr artıq bitib".

Onun sözlərinə görə, yazıçının məhsulunun prodüser vasitəsiylə satışı, tanıdılması həll edilməlidir.

Mina Mikayılova
Milli.Az