Təbrizdə futbolçu həbs olundu - Azərbaycanda da oynayıb

30 Yanvar 2026 12:48

İranın KIA klubunda çıxış edən futbolçu Peyman Keşavarzi Təbrizdə həbs edilib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki,  buna səbəb onun hakimiyyətə qarşı etiraz aksiyalarına qatılmasıdır.

Qeyd edək ki, P.Keşavarzi İranın "Traktor", həmçinin Azərbaycan Premyer Liqasından "Sumqayıt", "Kəpəz", "Səbail" və "Karvan" klublarında çıxış edib.

Milli.Az