Boyuna ətir vurmaq hormonlara təsir edir - XƏBƏRDARLIQ

31 Yanvar 2026 03:03

Aparılan araşdırmalar göstərir ki, bir çox parfüm və kosmetik məhsulun tərkibində hormon sisteminə mənfi təsir göstərə bilən kimyəvi maddələr mövcuddur.

Milli.Az xəbər verir ki, mütəxəssislərin bildirdiyinə görə, xüsusilə boyun nahiyəsi dərinin nazik olması və qan damarlarının səthə yaxın yerləşməsi səbəbindən bu maddələrin orqanizmə daha sürətli keçməsinə şərait yaradır. Bu isə kimyəvi komponentlərin qana qarışma ehtimalını artırır.

Araşdırmalarda qeyd olunur ki, endokrin pozucu kimi tanınan bəzi maddələr tiroid hormonlarının balansını poza, uzunmüddətli hormonal stress yarada və müxtəlif sağlamlıq risklərinə səbəb ola bilər.

Bu səbəbdən mütəxəssislər parfümlərin birbaşa boyun dərisinə deyil, paltar üzərinə və ya dəri ilə təması daha az olan nahiyələrə tətbiq edilməsini tövsiyə edirlər. Eyni zamanda, tərkibi daha təmiz və sertifikatlaşdırılmış məhsullara üstünlük verilməsinin vacibliyi vurğulanır.

Milli.Az