Bu İcra Hakimiyyətində yeni TƏYİNAT

30 Yanvar 2026 09:35

Xətai Rayon İcra Hakimiyyətində yeni təyinat olub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı icra başçısı Rafiq Quluyev əmr imzalayıb.

Əmrə əsasən, Əhməd Məmmədov rayon icra hakimiyyətinin Memarlıq-tikinti məsələləri və rayon təsərrüfatı sektorunun müdiri - baş memar vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Əhməd Məmmədov indiyədək rayon təsərrüfatı şöbəsində böyük məsləhətçi (memar) işləyib.

Milli.Az