Bakıda göyərti çəki ilə satılmağa başlayıb

29 Yanvar 2026 23:31

Bakıda göyərti çəki ilə satılır.

Milli.Az-ın məlumatına görə, marketlərdən birində göyərtinin 1 kiloqramı 5 manata satışa çıxarılıb.

Alıcılardan biri 4 dəstə göyərti aldığını və tərəzidə çəkildikdən sonra bunun üçün 1 manat 63 qəpik ödədiyini deyib. 

Bazarlarda eyni miqdarda, hətta 5 dəstə göyərtini 1 manata almaq mümkündür.

Mina Mikayılova
Milli.Az