"Min uşaq, ər olsa da..."

29 Yanvar 2026 22:28

Müğənni Aysel Əlizadə ailəsi haqda danışarkən göz yaşını saxlaya bilməyib.

Milli.Az xəbər verir ki, "Qonaqcanlı" verilişinə qatılan sənətçi anasının arzusundan söz açıb:

"Ailəm üçün yaşamışam. Yaşım 35-dir. Ötən gün anam hönkürtü ilə ağlayır. Deyir, sən həyatını bizim yolumuzda fəda etdin. Mən sənin ailəni görmək istəyirəm. Deyir ki, kaş həyatını bizə görə fəda etməzdin.

Heç peşman deyiləm, bundan sonra da edərəm. Min uşaq, ər olsa da anamın atılan dırnağı olmaz. Ər də, övlad da taparsan, ana tapmazsan. Allah bütün valideynlərə can sağlığı versin". (Axşam.az)

Milli.Az