Aysunun 11 ildə görünüşündəki dəyişikliklər DİQQƏT ÇƏKDİ - FOTOlar

2 Fevral 2026 09:15

Müğənni Aysun İsmayılovanın son 11 il ərzində görünüşündə baş verən dəyişikliklərlə bağlı görüntülər sosial şəbəkələrdə yayılıb və izləyicilərin böyük marağına səbəb olub.

Milli.Az xəbər verir ki, paylaşılan fotolar qısa zamanda geniş müzakirələrə yol açıb.

Arxiv və son dövr şəkillərinin müqayisəsi sənətçinin illər ərzində xeyli dəyişdiyini açıq şəkildə ortaya qoyur. İzləyicilər Aysun İsmayılovanın həm üslubunda, həm də xarici görünüşündə ciddi fərqlərin olduğunu qeyd edirlər. Bəziləri bu dəyişimi təbii inkişaf və imic yenilənməsi kimi dəyərləndirir, digərləri isə fərqin nəzərəçarpacaq dərəcədə böyük olduğunu bildirir.

Sosial mediada yayılan fotolar altında "zaman hər kəsi dəyişir", "tam fərqli imic" və "tanımaq çətindir" kimi şərhlər diqqət çəkib. Müzakirələr fonunda sənətçinin keçmiş və indiki obrazı yenidən gündəmə gəlib.

Təqdim etdiyimiz fotolar Aysun İsmayılovanın son 11 ildə keçdiyi imic dəyişikliyini aydın şəkildə əks etdirir və maraqlı müzakirələr yaratmağa davam edir.

Musa
Milli.Az