"Acanda dişlərimi fırçalayıram"

29 Yanvar 2026 19:26

Türkiyəli müğənni Işın Karaca 35 kiloqram arıqlamasının sirrini açıqlayıb.

Milli.Az xəbər verir ki, bir vaxtlar 130 kiloqram çəkidə olan ifaçı arıqlamasının sirrini belə izah edib:

"Yeməyəndə insan arıqlayır. Bədənimizi 23 saat dincəldirik, sonra 1 saat yeyirik. Və həmin saat ərzində hər şeyi yeyirik. Həqiqətən acdığım zaman dişlərimi fırçalayıram. Bu, həqiqətən kömək edir. Acdığım zaman durub ayran, kefir və ya su içirəm".

Işın bu dəyişikliyin yalnız fiziki deyil, həm də psixoloji baxımdan onun üçün böyük dönüş nöqtəsi olduğunu vurğulayıb. O, arıqlamaq üçün iradəli olmaq lazım gəldiyini əlavə edib. (axşam.az)

Milli.Az