“Liverpul” – “Qarabağ” matçı tarixə düşdü

29 Yanvar 2026 19:04

Ötən gecə UEFA Çempionlar Liqasının Liqa mərhələsinin son turunda keçirilən "Liverpul" - "Qarabağ" matçı tarixə düşüb.

Milli.Az xəbər verir ki, meydan sahibləri Azərbaycan təmsilçisinin qapısına 38 zərbə endirməklə rekorda imza atıb. 

Bu, turnirdə indiyə qədər qeydə alınan ən yüksək göstəricidir. 

"Qarabağ" üçün isə bu, antirekord kimi tarixə düşüb. 

Qeyd edək ki, "Liverpul" - "Qarabağ" matçı yanvarın 28-də İngiltərənin Liverpul şəhərində, "Enfild" stadionunda keçirilib. Oyun mersisaydlıların 6:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Milli.Az