Bu FOTOdakı bütün məhkumlar edam edildi

29 Yanvar 2026 17:15

Çində keçirilən məhkəmə prosesində məhkəmə məşhur Min ailəsinin 11 üzvünü edam cəzasına məhkum edib.

Milli.Az xəbər verir ki, ailə üzvlərinin fəaliyyətləri nəticəsində 1,4 milyard dollardan çox qanunsuz gəlir əldə etdikləri müəyyən edilib.

Min ailəsi kimi tanınan cinayətkar şəbəkənin on bir üzvü edam cəzasına məhkum edilib.
Cinayətkar şəbəkə telekommunikasiya fırıldaqçılığı, qanunsuz qumar oyunları, narkotik ticarəti və mütəşəkkil cinayətkarlıqla məşğul olub.

Cinayətkar şəbəkə Myanmanın Kokanq bölgəsindəki sənaye parkları və saxta müəssisələr vasitəsilə milyardlarla yuan qanunsuz gəlir əldə edib.

Qeyd edək ki, bu ölüm hökmləri Çinin telekommunikasiya fırıldaqçılığına və beynəlxalq cinayətkar şəbəkələrə qarşı daha geniş əməliyyatının bir hissəsi kimi qəbul edilir. 2023-cü ildən bəri minlərlə insan sərhədyanı fırıldaqçılıq dəstələrini hədəf alan istintaq və həbslərlə əlaqədar Çinə ekstradisiya edilib və ya həbs edilib.

Fidan
Milli.Az