28 yaşlı satıcı işlədiyi mağazada ÖLDÜ

29 Yanvar 2026 11:07

Bərdədə mağazada satıcı ölüb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Əliyanlı kəndində yerləşən bitki dərmanlarının satışı mağazasında baş verib.

Əslən rayonun Qaradəmirçi kəndindən olan 1998-ci il təvəllüdlü Sabir Mehman oğlu Abbasov işlədiyi mağazada vəfat edib.

Faktla bağlı cinayət işi başlanılıb, ölümün səbəbi araşdırılır.

Milli.Az