Alimlər Qiyamət Saatını gecə yarısından 85 saniyə əvvəl göstərəcək şəkildə yeniləyiblər.
Milli.Az xəbər verir ki, bu, saatın indiyədək qlobal fəlakəti simvolizə edən gecə yarısına ən yaxın mövqeyi hesab olunur.
"Qiyamət saatı"nda gecə yarısı bəşəriyyətin Yer kürəsini yaşanmaz hala gətirəcəyi anı simvolizə edir.
Atom Alimləri Bülleteni iqlim böhranı, nüvə müharibəsi riski və süni intellektin nəzarətsiz istifadəsi kimi qlobal təhlükələri əsas gətirərək, saatın irəli çəkildiyini açıqlayıb.
Bildirilib ki, dünya insan fəaliyyəti nəticəsində yaranan fəlakətlərə tarixdə heç olmadığı qədər yaxınlaşıb.
Çikaqo Universitetinin Atom Elmləri Bülleteni tərəfindən verilən açıqlamada qərarın əsas səbəbləri kimi nüvə dövlətləri arasında artan gərginlik, Ukrayna və Yaxın Şərqdəki münaqişələr, həmçinin süni intellektin nəzarətsiz inkişafı və hərbi məqsədlərlə istifadəsi göstərilib.
Mütəxəssislər qlobal liderliyin zəiflədiyini vurğulayaraq, mövcud risklərin bəşəriyyət üçün ciddi təhlükə yaratdığını bildiriblər.
Qeyd edək ki, Qiyamət Saatı 1947-ci ildən bəri yenilənir və hazırkı göstərici tarixdə ən kritik hədd kimi qiymətləndirilir.
Fidan
Milli.Az