Kolumbiyada təyyarə qəzaya uğradı - Sağ qalan yoxdur

29 Yanvar 2026 10:03

Kolumbiyada Satena dövlət aviaşirkətinə məxsus, 13 sərnişin və 2 heyət üzvü olan təyyarə qəzaya uğrayıb.

Milli.Az xəbər verir ki, hadis nəticəsində təyyarədə olan sərnişinlərin hamısı həlak olub. 

Təyyarə Kukutadan Okanyaya uçarkən havaya qalxdıqdan qısa müddət sonra radar əlaqəsini itirib və La Playa de Belen kəndi ərazisində tapılıb.

Qəzada Kolumbiya Konqresinin üzvü Diogenes Kintero da həyatını itirib. Rəsmilər qurbanların ailələrinə başsağlığı veriblər.

Fidan
Milli.Az