"Qarabağ"ın kapitanı Abdullah Zubir UEFA Çempionlar Liqasının pley-off mərhələsində Fransa təmsilçisi PSJ ilə qarşılaşmağın maraqlı ola biləcəyini düşünür.
Milli.Az xəbər verir ki, 35 yaşlı yarımmüdafiəçi bunu "Liverpul"la (İngiltərə) matçdan sonra deyib.
O, mersisaydlılara qarşı oyunda aldıqları böyükhesablı məğlubiyyəti və pley-off mərhələsindəki mümkün rəqibləri dəyərləndirib:
"0:6 hesablı məğlubiyyət çox üzücüdür. Lakin pley-offa yüksəldiyimiz üçün sevincliyik. Mən fransalıyam, ona görə pley-off mərhələsində PSJ ilə qarşılaşmaq istərdim. Baxmayaraq ki, onlar çox güclü komandadır. Digər mümkün rəqibimiz isə İngiltərə təmsilçisi "Nyukasl"dır. Onlara qarşı da çıxış etmək çətin olardı".
A.Zubir "Qarabağ"ın Çempionlar Liqasının əsas mərhələsində əldə etdiyi uğurlu nəticələrdən danışıb:
"Benfika" və "Ayntraxt" komandaları ilə qarşılaşmalarda möhtəşəm zəfərlər əldə etdik. Hər iki matçda hesabda geridə olsaq da, son dəqiqələrdə vurduğumuz qollarla qələbə qazanmağı bacardıq. Bu, çox fantastik hisslər idi". /"Report"
Milli.Az