Azərbaycan çempionu "Qarabağ"la İngiltərənin nəhəng klubu "Liverpul"un qarşılaşmasına bir saat qalır.
Milli.Az xəbər verir ki, bu dəqiqələrdə matçın keçiriləcəyi stadinonun yaxınlığındakı küçələrdə "Qarabağ"ın azərbaycanlı azarkeşlərinin dəstək aksiyası keçirilir.
1200-dən artıq azarkeş "Qarabağ-Qarabağ!" şüarları səsləndirir. Azərbaycanlılar dogma komandalarına ən yüksək səviyyədə dəstək nümayiş etdirirlər. Onların bir çoxu Azərbaycan bayraqlarına büründüyü görünür.
Azərbaycan Diaspora Komitəsinin yaydığı videogörüntülərdə azarkeşlərin keçirdiyi yürüşü atlı polislərin müşayiət etdiyi də diqqətdən yaynmır.
Milli.Az