"Oqtay sağ olsa idi, bugünkü Dilarə ilə fəxr edərdi".
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Dilarə Əliyeva Nazim Qasımzadənin müəllifi olduğu "Uzun sözün qısası" podkastına müsahibəsi zamanı deyib.
Aktrisa mərhum həyat yoldaşı Oqtay Əliyevin xatirəsi üçün daha çox çalışdığını bildirib:
"Oqtay mənim danışmağımı, gülməyimi, zarafatlarımı, geyimimi, bəzənməyimi sevirdi. İnsanın bütün bu yaşananları anlaması üçün müəyyən bir vaxt, zaman keçməlidir. Bundan başqa artıq mənim əlimdən bir şey gəlmir. Amma mən bundan sonra Oqtayın hər zaman görmək istədiyi Dilarə olacağam. O məni necə tanıyıb, elə də yoluma davam edəcəyəm. Bununla da Oqtayın ruhunu daha çox şad edəcəyəm. Oqtay bugünkü Dilarə ilə daha çox fəxr edərdi, çünki mən bunun üçün indi daha çox işlər görürəm. Bu an əlimdən gələn nədirsə, onu edirəm".
Milli.Az