“Azərpoçt”un maşını ağaca çırpıldı - Xəsarət alan var - FOTO

28 Yanvar 2026 21:56

Cəlilabad rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun mərkəzi ərazisində qeydə alınıb.

Belə ki, "Azərpoçt"a məxsus avtomobil idarəetməni itirərək yol kənarındakı ağaca çırpılıb.

Hadisədə xəsarət alan sürücü rayon xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az