Xəbər verdiyimiz kimi, Gürcüstanda Marneuli bələdiyyəsinin Baydar kəndi yaxınlığında ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Milli. Az "Unikal"a istinadən qəza nəticəsində həlak olan Üfiq Bədəlov və Ümid Adıgözəlovun fotolarını təqdim edir.

------
Gürcüstanın Marneuli bələdiyyəsinin Baydar kəndində ağır yol qəzası baş verib.
Milli.Az report-a istinadən xəbər verir ki, "BMW" markalı minik avtomobili idarəetmədən çıxaraq ağaca çırpılıb.
Qəza nəticəsində soydaşlarımız, 23 yaşlı Ümid Adıgözəlov və Üfüq Bədəlov hadisə yerində həyatını itirib.
Məlumata əsasən, daha iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib, onlara həkimlər tərəfindən tibbi yardım göstərilir.
Qəzaya düşən şəxslərin Sadaxlı kənd sakinləri olduğu bildirilir. Hadisənin toy kortejinin hərəkəti zamanı baş verdiyi qeyd olunur.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az