"NOW TV"də yayımlanan "Kıskanmak" serialındakı mürəkkəb və qalmaqallı münasibətlər izləyicilərin sərt reaksiyasına səbəb olub. Sosial şəbəkələrdə serialın "Türk ailə quruluşuna zərər verdiyi" iddia edilərək, Radio və Televiziya Üst Qurumuna (RTÜK) minlərlə şikayət ünvanlanıb.
Milli.Az xəbər verir ki, serialın ssenarisinə görə, eyni vaxtda üç qadın xarakter hamilə qalıb, lakin körpələrin heç birinin atası onların rəsmi həyat yoldaşı deyil
Baş qəhrəman Halitin həyat yoldaşı Mükerrem öz qaynından (ərinin qardaşından) hamilə qalıb.
Digər tərəfdən, Nüzhetin həyat yoldaşı Nalanın da Nüzhetin böyük qardaşı Halitdən hamilə olduğu üzə çıxıb.
Övladı olmayan Şükran xarakteri isə evin sürücüsündən hamilə qalıb.
İzləyiciləri ən çox qəzəbləndirən məqamlardan biri Mükerrem xarakterinin hərəkəti olub. O, atalıq testinin nəticəsini öyrənərkən körpənin ərindən deyil, sevgilisindən olduğunu biləndə "Allahım, sənə şükürlər olsun" deməsi sosial mediada böyük etiraz dalğasına yol açıb. İnsanlar dini və mənəvi dəyərlərin bu cür səhnələrdə istifadə olunmasını kəskin tənqid ediblər.
Artan şikayətlər nəticəsində RTÜK artıq hərəkətə keçib. 2026-cı ilin yanvar ayında yayılan rəsmi məlumatlara görə, qurum "milli və mənəvi dəyərlərin pozulması, mənəvi aşınma" bəhanəsi ilə "Kıskanmak" serialı və yayımlandığı kanalı cərimələyib.
Qalmaqallara baxmayaraq, serial Türkiyənin ən məşhur aktyorlarını bir araya gətirib:
Özgü Namal (Seniha)
Selahattin Paşalı (Nüzhet)
Mehmet Günsür (Halit)
Hafsanur Sancaktutan (Mükerrem)
Beril Pozam (Nalan)
Lalə Qüdrətova
Milli.Az