Nərimanov Rayon İcra Hakimiyyətində (RİH) kadr dəyişikliyi olub.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı icra başçısı Elgin Həbibullayev əmr imzalayıb.
İcra başçısının əmri ilə qurumun Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasının uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu Sevinc Soltanova vəzifəsindən azad edilib.
Onun yerinə isə Orxan Məmmədli təyin olunub.
İcra başçısının digər əmrləri ilə ləğv edilmiş İnformasiya təminatı və təhlil sektorunun müdiri Cahandar Kərimov yeni yaradılan Sosial-iqtisadi məsələlər, informasiya təminatı və təhlili sektoruna Baş məsləhətçi (əhali ilə görüşlərin təşkilatçısı) təyin olunub.
Ləğv olunmuş Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin məsləhətçisi Təhminə Qarakişiyeva isə Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş sektoruna müdir təyin olunub.
Milli.Az