UEFA Çempionlar Liqasının əsas mərhələsinin son turunda bu gün "Liverpul"la qarşılaşacaq "Qarabağ"ın iki əsas futbolçusu Mateus Silva və Kevin Medina matçda sarı vərəqə almamalıdır.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu oyunçulardan hər hansı biri hakim tərəfindən cəzalandırılsa, pley-off matçını buraxmalı olacaq.
Medina və Silva "Liverpul"la matçda diqqətli olmaq məcburiyyətindədirlər.
Qeyd edək ki, "Liverpul" - "Qarabağ" matçı bu gecə saat 00:00-da başlayacaq.
Milli.Az