Məktəblinin ağlasığmaz hərəkəti: polisi yoxlamaq üçün görün nə etdi

28 Yanvar 2026 17:07

Rusiyanın Jeleznogorsk şəhərində 12 yaşlı qız polisə zəng edərək guya qaçırıldığını və zirzəmiyə aparıldığını bildirib.

Milli.Az xəbər verir ki, bu barədə Kras Mash Telegram kanalı məlumat yayıb.

Qız ağlayaraq harada olduğunu bilmədiyini deyib.

Kanalın məlumatına görə, polis əməkdaşları həyəcan siqnalı ilə qaldırılıb. Onlar bir neçə saat ərzində könüllülərlə birlikdə məktəblini şəhər boyu qarajlarda və zirzəmilərdə axtarıblar.

Sonradan məlum olub ki, qız bütün bu müddət ərzində evdə olub. O etiraf edib ki, darıxdığı üçün belə bir "zarafat" edib və polisin nə qədər tez gələcəyini görmək istəyib.

Hazırda uşaqla yetkinlik yaşına çatmayanlarla iş üzrə bölmə məşğul olur. Məktəblinin valideynləri isə valideynlik vəzifələrini lazımi qaydada yerinə yetirmədiklərinə görə inzibati məsuliyyətə cəlb oluna bilərlər.

Ayxan
Milli.Az