Bakının mərkəzi prospektində avtobus zolağı LƏĞV OLUNUR? - FOTO

28 Yanvar 2026 17:02

Bakının mərkəzi prospektində avtobus zolağının ləğv edildiyi iddia olunub.

Milli.Az xəbər verir ki, bununla bağlı görüntü yayımlanıb.

Oxu.Az-a açıqlamasında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov qeyd edib ki, Tbilisi prospektində xüsusi hərəkət zolağı ləğv edilməyib.

"Zolağı bildirən yol nişanının yeri dəyişdirilib", - deyə T.Orucov vurğulayıb.

Milli.Az