Aygünün ad günündə ən çox müzakirə olunan VİDEO oldu

28 Yanvar 2026 17:05

Müğənni Nigar Camal ötən gün Pop Diva Aygün Kazımovanın ad günü mərasimində səhnə performansı ilə diqqətləri üzərinə çəkib.

Milli.az xəbər verir ki, Avroviziya qalibimizin səhnədə nümayiş etdirdiyi şou, rəqs hərəkətləri və seçdiyi geyim sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Doğum günü partisində lentə alınan görüntülər tədbirin ən çox danışılan videolarından biri kimi yayılıb.

Qısa libasda səhnəyə çıxan Nigar Camalın rəqs zamanı bəzi kadrlarda alt geyiminin də görünməsi izləyicilərin diqqətindən yayınmayıb. Sözügedən anlar sosial mediada sürətlə paylaşılaraq müxtəlif rəylərə yol açıb.

Təqdim olunan görüntülər bir qisim tərəfindən cəsarətli səhnə obrazı kimi dəyərləndirilsə də, bəziləri tərəfindən sərt tənqid edilib. Nigarınperformansı gecənin ən çox müzakirə olunan məqamlarından biri olub.

Musa
Milli.Az